169 baxış
Bu yazını paylaşın
İctimai

DYP sürücülərə xəbərdarlıq edib

05 Avqust 2022

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) sürücülərə xəbərdarlıq edib.

“TELEJURNAL.AZ” “Report”a istinadən xəbər verir ki, bu barədə idarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli bildirib ki, avqustun 1-dən etibarən Dövlət Yol Polisi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava” aylığına start verib:

“Aksiyanın məqsədi atmosfer havasının çirklənməsinə nəzarət etmək və ətraf mühitin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır. Tədbir ətraf mühitin təmizliyinin, təhlükəsizliyinin qorunmasına və ekoloji əzarətin gücləndirilməsinə bilavasitə xidmət edir: “Avtomobilin sayının çox olması havaya buraxılan zəhərli maddələrin miqdarının artmasına səbəb olur. Yoxlanma, nəzarət olması nə qədər avtomobil ətraf mühitin, insanların zəhərlənməsində başlıca rol oynamış olar. Bəzən sürücülər avtomobillərinin ətraf mühitə vuracağı ziyanı azaltmaq üçün hansı tədbirlər görməli olduqlarını bilmirlər. Yol polisi “Təmiz hava” aylığı çərçivəsində maarifləndirmə işləri aparmaqla sürücüləri nəqliyyat vasitələrini saz vəziyyətə gətirməyə təşviq edir”.

“Bir daha sürücülərə xəbərdarlıq edərək bildiririk ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar”, – DYP rəsmisi vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…