289 baxış
Bu yazını paylaşın
İctimai

DYP qəza törədərək hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib

18 Avqust 2022

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib.

İdarənin əməkdaşı polis leytenantı Rüstəm Əhmədli bildirib ki, mütəmadi olaraq bu istiqamətdə profilaktiki tədbirlər görülsə də, sürücülərin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınma halları davam edir:

“Bu kimi hallar zərərçəkmiş tərəfdən müraciətlərə gətirib çıxardır ki, sadəcə vaxt itkisi deyil, bir çox problemlərə səbəb olur. Araşdırmalar zamanı aşkar edilir ki, sürücülər lüzümsuz bəhanələrlə inzibati məsuliyyətdən yayınma istəyirlər.

Bir daha sürücülərə xəbərdarlıq edirik ki, yol-nəqliyyat hadisəsi zamanı dərhal aidiyyəti üzrə polisə məlumat verməli və DYP əməkdaşları gələnə qədər olay yerini tərk etməməlidirlər. Çünki məhz polis əməkdaşının rəyi əsasında qərar verilməli, ondan sonra hadisə yeri tərk olunmalıdır”.

R.Əhmədli deyib ki, bir çox hallarda sürücülər yol-nəqliyyat hadisəni gizlədərək öz aralarında razılaşırlar: “Sonradan tərəflər arasında mübahisə yaranır və şikayətlər daxil olur. Odur ki, bu kimi halları nəzərə alaraq qanun çərçivəsində hərəkət edilməli və hadisəyə yol polisinin hüquqi qiymət verilməsi təmin olunmalıdır”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…