26 baxış
Bu yazını paylaşın
İctimai

DYP hüquqi şəxslərə və dövlət qurumlarına müraciət edib

18 İyul 2022

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi (DYPİ) hüquqi şəxslərə və dövlət qurumlarına müraciət edib.

“TELEJURNAL” “Report”a istinadən xəbər verir ki, bu barədə idarənin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O bildirib ki, hüquqi şəxslərin, eləcə də dövlət qurumlarının istifadəsində olan avtomobillərin hər hansısa fiziki şəxsin idarəetməsinə verilməsi, habelə həmin sürücü barədə lazımi məlumatlar və ya həmin məlumatlara edilən dəyişikliklər olduğu halda (şəxsin qeydiyyatda olduğu və yaşadığı ünvan, mobil telefonu,olduğu halda elektron ünvanı, sürücülük vəsiqəsinin nömrəsi) 3 gün ərzində aidiyyatı üzrə DYP-nin mərkəzi informasiya bazasına ötürülməsi tələb olunur:

“Belə ki, vaxtında məlumat təqdim etməyən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, və yaxudda dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin iştirakı ilə inzibati xətanın törədilməsi zamanı onu idarə etmiş şəxsin barəsində DYP-nin sorğusu daxil olubsa, həmin vaxtdan 5 gün müddətində qeyd etdiyimiz kimi hüquqi şəxs və ya dövlət orqanı sürücü barəsində məlumat vermədikdə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən vəzifəli şəxslər üçün 150, hüquqi şəxs üçün isə 300 manat məbləğində cərimə halı nəzərdə tutulan məsuliyyətə cəlb ediləcəyini bilməlidir. Bir daha bu kateqoriyaya aid olan şəxslərə qanunvericiliyin tələblətinə ciddi şəkildə əməl etməyi, qanunun aliliyi prinsipini unutmamağı, sadə vətəndaşlar arasında narazlıq yaratmamağı və ən əsası yol hərəkəti qaydalarını pozaraq məsuliyyətdən yayınmağı düşünüb dövlətin qanunla qorunan tələblərinə hörmətsizlik edib, nizam-intizama xələl gətirəcək addımlardan çəkinməyi xahiş edirik”.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…