72 baxış
Bu yazını paylaşın
İqtisadi

DVX-nin rəsmi saytında yeni “İctimai açıq məlumat bazası” yaradılıb

08 Dekabr 2021

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və açıq hökumətin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin rəsmi saytında “İctimai açıq məlumat bazası” adlı yeni bölmə yaradılıb.

‘TELEJURNAL’ Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilən məlumata istinadən xəbər verir ki, istifadəçilərin məlumatları daha rahat şəkildə əldə etməsi üçün “İctimai açıq məlumat bazası”nda biznesə başlamaq üçün ilkin qeydiyyat prosedurları, zəruri sənədlər, vergilərin hesablanması və ödənilməsi, büdcə və xəzinə hesabları və rekvizitləri, elektron xidmətlər, vergi hesabatlarının tərtib olunması və göndərilməsi qaydaları və sair kimi vacib keçidlər mövcuddur.

İstifadəçilər məlumat bazasına https://www.taxes.gov.az/az/page/ictimai-aciq-melumat-bazasi linkdən daxil ola bilərlər.

https://azertag.az/xeber/DVX_nin_resmi_saytinda_yeni_Ictimai_achiq_melumat_bazasi_yaradilib-1945978

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…