77 baxış
Bu yazını paylaşın
Uncategorized

Düşmən təcili tibbi yardım avtomobillərini də atəşə tutur

08 Oktyabr 2020

Cəbhə boyunca Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlıları yaşayış məntəqələrini, mülki obyektləri, dinc sakinləri, hətta təcili tibbi yardım avtomobillərini atəşə tutmaqda davam edir.

“telejurnal” “Qafqazinfo”ya istinadən xəbər verir ki, oktyabrın 4-də yaralıları daşıyan təcili tibbi yardım avtomobili Ağcabədi rayonunun Sarıcallı kəndi ərazisində düşmən artilleriyasının hücumuna məruz qalıb. Sürücü Əliyev Yasər Alik oğlu və həkim anestezioloq Babayev Tural Akif oğlu ağır bədən xəsarətləri alıblar.

Oktyabrın 6-da isə Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisində yaralıları daşıyan təcili tibbi yardım avtomobili düşmənin atəşinə tuş gəlib. Hadisə nəticəsində feldşer Əhmədli Azər Eldar oğlu və sürücü Musayev Zəfər Həsən oğlu ağır bədən xəsarətləri alıblar.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

AQTA: “Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil”

11 İyul 2023
“Qarpızın vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək…

Avropa qışda qaz çatışmazlığı ilə üzləşə bilər

10 İyul 2023
“Avropa bu qış qaz çatışmazlığı ilə üzləşə bilər”. Telejurnal …

Esse müsabiqəsinin üçüncüsü – Aytac Haciyeva

26 İyun 2023
Telejurnal İnformasiya Portalının “Heydər Əliyevin 100 illiyi”nə həsr olunan…

Esse müsabiqəsinin ikincisi-Asiman Hafizqızı

26 İyun 2023
Telejurnal İnformasiya Portalının "Heydər Əliyevin 100 illiyi"nə həsr olunan…