82 baxış
Bu yazını paylaşın
Siyasi

Düşənbədə Azərbaycan və Tacikistan arasında diplomatik münasibətlərin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

29 Aprel 2022

Tacikistan Milli Universitetində Azərbaycan və Tacikistan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

“TELEJURNAL”  AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, səfirliyin əməkdaşları, universitet rəhbərliyi, professor-müəllim heyəti, tələbələr iştirak edib.

Universitetin rektoru Qabilcan Xuşvəxtzadə son 30 ildə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edib, əlaqələrin davamlı şəkildə yüksələn xətt üzrə irəlilədiyini bildirib. Rektor Azərbaycan-Tacikistan münasibətlərinin əsasında iki dövlət başçısı arasında mövcud olan səmimi münasibətlərlə yanaşı, xalqlarımızın tarixən mövcud olan sıx təmaslarının dayandığını qeyd edib. 30 il bundan əvvəl əsası qoyulan münasibətlərin bu gün öz bəhrəsini verdiyini deyən rektor əlamətdar gün münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb.
Əlimirzamin Əskərov öz çıxışında bildirib ki, Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulsa da iki ölkə arasında əməkdaşlığın tarixi daha qədimdir. Diplomat SSRİ dağıldıqdan sonra iki ölkə arasında ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin saxlanılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu bildirib.
Səfir iki ölkənin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq sayəsində bu gün Azərbaycan ilə Tacikistan arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və təhsil sahələrində səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb, iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmətə, etimada, dostluğa əsaslanadığını bildirib.
İqtisadiyyat, turizm, ticarət, enerji, təhsil və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün yaxşı şəraitin olduğunu bildirən Ə.Əskərov bu gün beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında səmərəli əməkdaşlığın mövcudluğunu qeyd edib. Səfir həmçinin iştirakçılara iki ölkə arasında diplomatik münasibətlərin qurulması münasibətilə öz səmimi təbriklərini çatdırıb.
Sonra Azərbaycanın Tacikistandakı səfirliyi və Tacikistan Milli Universitetinin birgə təşkilatçılığı ilə təşkil olunan “Azərbaycan və Tacikistan münasibətləri. Dostluq və əməkdaşlığın 30 ili” adlı inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…