36 baxış
Bu yazını paylaşın
İqtisadi

Dünyanın əsas mərkəzi banklarının iclasları fonunda neft qiymətləri cüzi düşüb

24 İyul 2023

Dünya bazarında neft qiymətləri dörd həftəlik artımdan sonra cüzi düşüb.

Telejurnal  birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin oktyabr fyuçersləri 0,2 % ucuzlaşaraq 1 bareli 80,72 ABŞ dollarına satılıb. “WTI” markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,21 % düşüb və 1 bareli 76,91 ABŞ dolları təşkil edib.

Bu həftə birjaların əsas diqqəti dünyanın əsas mərkəzi banklarının iclaslarına yönəlib. Analitiklər hesab edirlər ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini illik 5-5,25 %-lik hazırkı səviyyədən 25 baza bəndi səviyyəsində artıracaq.

Ənənəvi olaraq, monetar sərtləşdirmə milli valyutanın dəyərini artırır və xammal məhsullarının digər valyutalarla alışının əlçatanlığını azaldır.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…