26 baxış
Bu yazını paylaşın
Dünya

Dünyanı qarışdıran 82 yaşlı Nensi Pelosinin siyasi oyunları

03 Avqust 2022

Dünya ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən danışır.

“TELEJURNAL.AZ” xəbər verir ki, regionda səfəröncəsi artan hərbi fəaliyyət, eləcə də hədələr dünyanı narahat edərkən, gözlər Asiyaya və Pelosiyə çevrilib. Dünya ABŞ və Çin arasında gərginliyə köklənib. Gərginliyi alovlandıran hadisə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfəri olub. Konqresin Nümayəndələr Palatasının sədri artıq Tayvan rəhbərliyi ilə görüşlərə başlayıb.

“Amerika nümayəndə heyəti adanı dəstəkləmək öhdəliyini bir daha təsdiqləmək üçün Tayvana gəldi”, – ABŞ Nümayəndələr Palatasının spikeri Tayvan lideri Say İnvenlə görüşdə deyib.

“Amerikanın Tayvanla həmrəyliyi indi həmişəkindən daha vacibdir” – deyə Pelosi, “Birləşmiş Ştatların Tayvanda və dünyanın qalan hissəsində demokratiyanı qorumaq əzmi sarsılmaz olaraq qaldığını” iddia edib.

“Liderliyinizə görə sizə təşəkkür edirik. Biz istəyirik ki, dünya bunu tanısın”, – o həmçinin vurğulayıb.

Pelosi hətta parlamentlərarası əməkdaşlığın genişləndirilməsinə çağırıb.

“Müharibə olacaqmı?” sualları hər kəsi düşündürərkən, Pelosi dünyanın ən çox danışılan siyasətçisidir.

Xatırladaq ki, birdən-birə dünya gündəminin bir nömrəli adına çevrilən Pelosi daha əvvəl də hadisələrlə gündəmə gəlib. Pelosi ABŞ-da tez-tez müxtəlif qalmaqallarla gündəmə gələn siyasi fiqurdur. Xüsusən ABŞ Prezidenti Cozef Bayden və sabiq dövlət başçısı Donald Trampla bağlı baş verənlər son zamanlar sosial mediada ən uzun müzakirə mövzularından birinə çevrilib.

Hələ Tramp ABŞ Prezidenti olduğu müddətdə onunla Pelosi arasında müxtəlif gərginliklər yaşanıb. Xüsusən, iki şəxs tez-tez “Meksika ilə sərhəd divarı” müzakirələrində qarşı qarşıya gəlirdi. İki siyasətçi arasındakı gərginliyin sosial mediaya da daşındığı və çox danışıldığı qalmaqal Trampın çıxışından sonra baş verib.

Tramp “qisas siyasətindən əl çəkməyə” çağıran çıxışını bitirdikdən sonra Pelosinin ayağa qalxaraq ABŞ Prezidentini alqışladığı, lakin bunu edərkən istehzalı mimikada olması diqqətdən yayınmayıb. Bu davranış kinayə kimi şərh edilib və ABŞ-da uzun müddət müzakirə edilib. Çoxları “necə alqışladı?” sualını verərək, Pelosinin davranışının təhqiramiz olduğu iddia edirdi.

Pelosi ABŞ-da Donald Tramp tərəfdarlarının Konqresin binasına hücumu zamanında da gündəm olub. Konqresdə keçirilən reyd zamanı Pelosinin otağının qapısı sındırılıb və onun noutbukunun oğurlandığı iddia edilib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…