30 baxış
Bu yazını paylaşın
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 63 milyonu ötüb

30 Noyabr 2020
Dünyada koronavirusa yoluxanların sayı 63 milyonu ötüb

İndiyə qədər dünyada koronavirusa yoluxan 43 546 236 nəfər sağalıb, 1 465 186 nəfər isə virusdan ölüb.

Telejurnal.az Report-a istinadən xəbər verir ki, bu günədək 63 072 905 nəfərə COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halı ABŞ (13 750 404), Hindistan (9 432 075) və Braziliyada (6 314 740) qeydə alınıb.

Qeyd edək ki, noyabrın 29-na olan məlumata görə, Azərbaycanda indiyədək 118 195 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 73 676 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 1 361 nəfərdir.

Azərbaycanla qonşu olan Türkiyədə 607 628 nəfər koronavirusa yoluxub, 400 242 nəfər sağalıb, 13 558 nəfər ölüb. Rusiyada indiyədək 2 269 316 nəfərdə koronavirus aşkarlanıb, onlardan 761 457-si sağalıb, 39 527-si ölüb. İranda isə 948 749 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 47 874 nəfər pandemiyanın qurbanı olub. Qonşu Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 132 368-ə çatıb. Onların 110 049-u sağalıb, 1 230i isə vəfat edib.

Ermənistanda indiyədək 134 768 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 107 364 nəfər sağalsa da, 2 142 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…