47 baxış
Bu yazını paylaşın
Dünya

Dünyada koronavirusa yoluxanların sayı 50 milyonu ötdü

08 Noyabr 2020

Dünyada COVID-19-a yoluxanların sayı 50 068 493 nəfər təşkil edir.

Bu barədə “Report” ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər verir.

Qeyd edilir ki, koronavirusdan ölənlərin sayı 1 254 411 nəfərə çatıb.

Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda təhlükəli infeksiyaya 10 153 052 yoluxma aşkarlanıb. Bununla yanaşı, 243 042 insan koronavirusdan ölüb.

Yoluxma sayı üzrə siyahıda ikinci yerdə Hindistan qərarlaşıb. Cənubi Asiyanın bu ölkəsində COVID-19-a 8 500 003 yoluxma qeydə alınıb, 126 134 insan təhlükəli infeksiyadan ölüb.

Braziliyada 5 636 181 insanın koronavirusa yoluxması məlum olub, 162 053 pasiyent təhlükəli infeksiyadan ölüb.

Eyni zamanda Rusiya, Fransa, İspaniya, Argentina, Britaniya, Kolumbiya, Meksika, habelə digər ölkələr də koronavirusa yoluxma hallarının çoxluğuna görə seçilirlər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…