62 baxış
Bu yazını paylaşın
Dünya

Dünyada ilk dəfə GMO buğdası üçün rəsmi icazə verildi

09 Oktyabr 2020
Argentinanın “Bioceres” biotexnologiya şirkəti GMO buğdasını becərmək üçün müvafiq qaydada rəsmi icazə alıb.
“telejurnal” “Komersant”a istinadən xəbər verir ki, bununla da Argentina GMO məhsullarının becərilməsinə rəsmi şəkildə yaşıl işıq yandıran ilk ölkə olub.
Şirkətin məlumatına görə, HB4 texnologiyası ilə yetişdirilən, son vaxtlar daha geniş vüsət almış quraqlığa qarşı dayanıqlı olan  yeni buğda növünün məhsuldarlığı əvvəlkilərindən 20 faiz artıqdır. Qeyd edək ki, daha əvvəl GMO qarğıdalısı və soyasının becərilməsi üçün də rəsmi icazə verilib. Lakin GMO buğdasına qarşı ictimaiyyət hələlik ehtiyatlı mövqe tutur. Bir çoxlarının fikrincə, bu cür bitkilərin becərilməsi, onlardan ərzaq məhsullarının hazırlanması insan sağlamlığına da, təbiətə də təhlükə yaradır.
Hazırda GMO buğdasının ixracı barədə Braziliya, Uruqvay, Paraqvay, Boliviya, ABŞ aidiyyəti qurumları ilə danışıqlar aparılır. Sonrakı mərhələdə “Bioceres” şirkəti bir sıra Asiya və Afrika ölkələri, Avstraliya, Rusiya ilə də danışıqlara başlamağı nəzərdə tutur.
Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…