23 baxış
Bu yazını paylaşın
İctimai

Dünya Kuboku: Azərbaycanın 7 şahmatçısı növbəti mərhələyə yüksəlib

01 Avqust 2023

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda I raundun cavab görüşləri baş tutub.

TELEJURNAL-ın  məlumatına görə, Azərbaycan təmsilçilərindən Qədir Hüseynov, Rauf Məmmədov, Nicat Abasov cavab görüşündə də qələbə qazanmaqla mübarizəni davam etdirmək imkanı əldə edib. İlk oyunda heç-heçə edən Vasif Durarbəyli ikinci partiyanı qalib kimi başa vuraraq növbəti mərhələyə vəsiqə qazanıb.

Xanım şahmatçılardan Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova və Gövhər Beydullayeva cavab görüşlərini qələbəylə başa vuraraq adını ikinci raunda yazdırıb.

Eltac Səfərli oyuna gecikdiyinə görə texniki məğlubiyyətlə üzləşib. Buna görə şahmatçımız Panama təmsilçisi Roberto Sançeslə tay-brekdə mübarizə aparmalı olacaq. Onunla yanaşı Abdulla Qədimbəyli, Vüqar Əsədli, Aydın Süleymanlı və Misrətdin İskənrədov tay-brek günü həlledici görüşdə iştirak edəcək.

Cavab görüşlərində uduzan Nicat Məmmədov və Xanım Balacayeva Dünya Kubokunda iştirakını dayandırıb. İlk görüşdə uduzan və cavab görüşündə heç-heçə edən Məhəmməd Muradlı da yarışla vidalaşıb.

Qeyd edək ki, avqustun 1-i turnirdə tay-brek günüdür. İkinci raund avqustun 2-də başlayacaq. Bu mərhələdən etibarən şahmatçılarımız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə o cümlədən dünya reytinqinin lideri Maqnus Karlsen mübarizəyə qoşulacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…