64 baxış
Bu yazını paylaşın
İqtisadi

Dünya İqtisadi Forumunun keçiriləcəyi vaxt yenidən dəyişib

04 Fevral 2021

Dünya İqtisadi Forumunun (WEF) keçiriləcəyi vaxt yenidən dəyişib.
Telejurnal.az AZƏRTAC-a istinadən xəbər verir ki, buna səbəb kimi koronavirus pandemiyası göstərilib. Belə ki, Dünya İqtisadi Forumu avqustun 17-20-də Sinqapurda baş tutacaq. Daha əvvəl forumun mayın 13-dən 16-dək Sinqapurda keçiriləcəyi açıqlanmışdı.
Qeyd edək ki, hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun keçiriləcəyi yer koronavirusa görə dəyişdirilib. Bu il forum virtual və ənənəvi hissələrdən ibarət olacaq.
Yanvarın 25-29-da Dünya İqtisadi Forumunun “Davos gündəliyi” tədbiri keçirilib, 70 ölkədən 1500-dən çox iş adamı, siyasətçi, alim və QHT nümayəndəsinin iştirakı ilə təşkil olunan virtual tədbirdə dünya iqtisadiyyatının pandemiyadan sonrakı vəziyyətinə dair müzakirələr aparılıb

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…