29 baxış
Bu yazını paylaşın
İdman

Dünya çempionu “Yuventus”la vidalaşıb

06 İyun 2023

Argentina millisinin futbolçusu Anxel Di Mariya İtaliya “Yuventus”undan ayrılıb.

Telejurnal “ın məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi qərarını sosial şəbəkə hesabında etdiyi paylaşımla açıqlayıb.

“Çətin və mürəkkəb prosesdən sonra karyeramda daha bir səhifənin sonuna gəldim. İlk gündən mənə göstərdikləri diqqətə görə bütün dostlarıma təşəkkür edirəm. Burada özümü həmişə evimdəki kimi hiss etmişəm. Bu, böyük sevgidir”, – təcrübəli oyunçu yazıb.

Qeyd edək ki, Anxel Di Mariya geridə qalan mövsümdə 40 oyunda 8 qol və 7 məhsuldar ötürmə edib. O, Argentina yığmasının heyətində ötən il Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…