159 baxış
Bu yazını paylaşın
İctimai

Dünya çempionatında çıxış edəcək Azərbaycan cüdoçuları bilinib

09 Avqust 2022

10-13 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində gənclər arasında dünya çempionatı keçiriləcək.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından bildirilib ki, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək.

Azərbaycan idmançıları 6 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. 10 avqustda Turan Bayramov (60 kq), 11 avqustda Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq), 12 avqustda Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), 13 avqustda isə Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.

Azərbaycan cüdoçuları baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…