18 baxış
Bu yazını paylaşın
İctimai

Dünya çempionatı: Eldəniz Əzizli qızıl, Ülvi Qənizadə gümüş medal qazanıb

11 Sentyabr 2022

Azərbaycanı Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında təmsil edən yunan-Roma güləşçisi Ülvi Qənizadə final görüşünü keçirib.

“TELEJURNAL.AZ”ın məlumatına görə, 72 kq çəki dərəcəsində rəqib serbiyalı Ali Feyzollah Arsalan olub. Gərgin mübarizə şəraitində keçən görüş yerli pəhləvanın qələbəsi ilə yekunlaşıb – 7:4.

Beləliklə, Azərbaycan yığması günü 2 medalla başa vurub. Daha əvvəl 55 kq çəkidə Eldəniz Əzizli finalda gürcüstanlı Nuqzari Tsurtsumiyanı vaxtından əvvəl 8:0 hesablı təmiz qələbə ilə üstələyərək, qızıl medala sahib olub.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…