30 baxış
Bu yazını paylaşın
İdman

Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi finala yüksəlib

01 Avqust 2023

Azərbaycanın yunan-Roma güləşçisi Yusif Əhmədli Türkiyənin İstanbul şəhərində start götürən U-17 dünya çempionatında finala yüksəlib.

TELEJURNAL-ın  məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda özbəkistanlı İslambek Kərimcanova 12:4 hesabı ilə qalib gəlib. Həlledici görüşdə onun rəqibi Zaur Beslekoyev (AİN) olacaq.

48 kq-da çıxış edən Elnar Ziyadov və 80 kq-da mübarizə aparan Elmin Əliyev isə bürünc medal uğrunda təsəlliverici görüşlərə çıxacaqlar. Onlar müvafiq olaraq, Maksim Bradyak (AİN) / Haruka Şiina (Yaponiya) cütünün qalibi və Erik Matevosyan (Ermənistan) ilə qarşılaşacaqlar.

Qeyd edək ki, dünya çempionatı avqustun 6-dək davam edəcək.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…