20 baxış
Bu yazını paylaşın
İdman

Dünya çempionatı: Azərbaycanın daha üç taekvondoçusunun rəqibləri bəlli olub

30 May 2023

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının üçüncü günündə daha 3 dəst medal sahibini tapacaq.

Telejurnal” ın məlumatına görə, mayın 31-də keçiriləcək kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançılar üçün püşkatma mərasimi olub.

Püşkə əsasən Azərbaycan millisinin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibinə qarşı keçirəcək.

87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) cütünün güclüsü ilə qüvvəsini sınayacaq.

Patimat Abakarova (49 kq) da ilk mərhələdən azaddır. O, 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibini sınağa çəkəcək.

Qeyd edək ki, mayın 31-də döyüşlər saat 09:00-da başlayacaq. Dünya çempionatı iyunun 4-də başa çatacaq. Azərbaycanın üç idmançısı medal qazana bilməyib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…