19 baxış
Bu yazını paylaşın
İctimai

Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi mübarizəyə başlayır

12 Sentyabr 2022

Azərbaycanın daha üç güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.

“TELEJURNAL.AZ”ın məlumatına görə, yunan-Roma güləşçilərindən Sabah Şəriəti (130 kq) və Murad Məmmədov (60 kq), qadınların yarışında Tatyana Omelçenko (62 kq) döşək üzərinə çıxacaq.

Məmmədov 1/8 final mərhələsində Viktor Petrik (Ukrayna) / Rabbi Kilandi (Konqo) cütünün qalibi ilə, Şəriəti isə 1/16 finalda Hindistan təmsilçisi Satiş Satişlə üz-üzə gələcək. Omelçenko isə təsnifat mərhələsində Vietnamdan olan Ti Nquyenlə görüşəcək.

Bu gün həmçinin yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak edəcək. Onların rəqibləri hələlik müəyyənləşməyib.

Qadın güləşçilərdən 53 kq-dakı Leyla Əliyeva və 65 kq-dakı Elis Manolova sentyabrın 13-də yarışa qoşulacaq. Sentyabrın 14-də 57 kq-dakı Jalə Əliyeva ilə 59 kq-dakı Alyona Kolesnik mübarizəyə başlayacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş medal qazanıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…