22 baxış
Bu yazını paylaşın
İdman

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

12 May 2023

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.

Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalı olub.

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxacaq.

Telejurnal” ın məlumatına görə, 100 kq-da yarışan idmançı mübarizəyə 1/6 finaldan başlayıb. Ardıcıl olaraq Aleksandr Kukolja (Serbiya), Aaron Far (Avstriya) və Peter Palçikə (İsrail) qalib gələn Kotsoyev yarımfinalda Lukaş Krpaleklə (Çexiya) qarşılaşıb.

Görüşün əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə qayda pozuntusuna yol verən Azərbaycan təmsilçisi final çıxmaq şansını itirib. O, üçüncü yer uğrunda qarşılaşmada İlia Sulamanidzeni (Gürcüstan) sınağa çəkəcək.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“Neftçi”nin “Beşiktaş”la oyunlarının yerinin dəyişdirilmə səbəbi açıqlanıb

04 Avqust 2023
“Neftçi”nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Türkiyə klubu…

Futzal millisinin baş məşqçisi: “Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”

04 Avqust 2023
“Uşaqlara başa salmışam ki, Azərbaycan üçün oynayırıq”. TELEJURNAL  xəbər…

Azərbaycan klublarının ümumi dəyərləri açıqlanıb

04 Avqust 2023
Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümünün startı ərəfəsində klubların dəyərləri…

UEFA reytinqi: “Neftçi” və “Sabah” Azərbaycana yarım xal qazandırdılar

04 Avqust 2023
“Neftçi” və “Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində uğurlu…