29 baxış
Bu yazını paylaşın
İqtisadi

Dünya Bankı Bakıda əlillər üçün qaldırıcı platforma və rampalar istifadəyə verib

20 İyun 2023

Dünya Bankının dəstəyi ilə Bakıda əlilliyi olan insanların hərəkəti üçün qaldırıcı platforma və rampalar istifadəyə verilib.

 

“Telejurnal”un Banka istinadən verdiyi xəbərə görə, ilk belə avadanlıqlar Bakının mərkəzində yerləşən kino mərkəzinin qarşısında quraşdırılıb.

 

“Aylardır üzərində çalışdığımız icma layihəsi yekunlaşdı. Kinoteatr artıq araba ilə hərəkət edən şəxslər üçün əlçatandır. Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, “Üçüncü Bahar” İctimai Birliyi kino mərkəzi ilə əməkdaşlıqda kinoteatrın əlilliyi olan insanlara müyəssərliyini yaxşılaşdırmaq üçün binanı qaldırıcı platforma və rampalarla təchiz ediblər”, – deyə açıqlamada qeyd olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…