46 baxış
Bu yazını paylaşın
Siyasi

Dubayda Azərbaycan icması ilə görüş keçirilib

26 Mart 2022

Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri ilə görüş keçirilib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, “Dubay Ekspo 2020” dünya sərgisindəki Azərbaycan pavilyonunda baş tutan tədbirdə Komitənin sədri Fuad Muradov “Şuşa İli” və ənənəvi Novruz bayramı münasibətilə tədbir iştirakçılarını, eləcə də dünya azərbaycanlılarını təbrik edib.
Komitə sədri bildirib ki, xalqımız Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunmuş “Şuşa İli”ni təntənəli şəkildə qeyd edir: “Sərginin ən yaxşı pavilyonu sayılan Azərbaycan pavilyonunun yüksək səviyyədə təşkil olunması və pavilyonda ziyarətçilərin çox olması bizi sevindirir. Vətənimizin qədim tarixini, zəngin mədəniyyətini və incəsənətini burada beynəlxalq ictimaiyyətə bir daha təqdim edə bilirik. Azərbaycanlı uşaqların sərgidə olması da sevindirici haldır, onlar Dubayın mərkəzində sanki böyük Azərbaycanın bir parçasını seyr edir və bundan qürur hissi keçirirlər. Həmin uşaqların bəziləri BƏƏ-də dünyaya gəlib, lakin buradakı diasporumuzun geniş və hərtərəfli fəaliyyəti, ailələrin milli adət-ənənələrlə yaşaması onları qırılmaz tellərlə tarixi vətənlərinə bağlayır, Azərbaycana böyük məhəbbət hissi aşılayır. Uşaqların bizi doğma dilimizdə qarşılaması və salamlaması bunun ən bariz nümunəsidir. Bir millətin ana dili və mədəniyyəti yaşayırsa, həmin millət hər zaman yüksək mövqelər qazanacaq, kökünə, dəyərlərinə bağlı qalacaq”.
Daha sonra son illər soydaşlarımızla təşkil olunan görüşlər nəticəsində Dubayda və BƏƏ-də yaşayan azərbaycanlıların sarsılmaz birliyinə nail olunması, bayram və anım günlərimizin, xüsusilə Zəfər bayramının burada təntənə ilə qeyd edilməsi, BƏƏ-də yaşayan soydaşlarımızın 5 min şəhid və qazi ailəsinə dəstək göstərməsi diqqətə çatdırılıb.
Tədbirdə Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının BƏƏ-dəki əlaqələndiriciləri çıxış edərək, Azərbaycan pavilyonunun zənginliyini və tədbirin əhəmiyyətini nəzərə çatdırıblar.
Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupunun ifasında təqdim olunan “Qarabağ sədası” adlı konsert proqramı tədbir iştirakçılarının zövqünü oxşayıb və onlara xoş əhval-ruhiyyə bəxş edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…