28 baxış
Bu yazını paylaşın
Siyasi

DTX rəisi: “Bu gün Azərbaycanda müasir çağırışlara adekvat cavab verə bilən təhlükəsizlik sistemi qurulub”

10 May 2023

“Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir çağırışlara adekvat cavab verə bilən təhlükəsizlik sistemi qurulub”.

Telejurnal  xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev “Xalq qəzeti”ndə dərc edilmiş müsahibəsində deyib.

Onun sözlərinə görə, müasir dövrdə qlobal təhlükəsizliyimizə çoxsaylı təhdidlər mövcuddur:

“Yeni müharibə və münaqişə ocaqları, terrorçu və ekstremist qüvvələrin öz fəaliyyətlərini aktivləşdirməsi, regionumuzun bəzi ölkələrinin xüsusi xidmət orqanlarının ölkəmizə qarşı pozuculuq fəaliyyətini həyata keçirməsi cəhdləri bizi daim ayıq-sayıq olmağa sövq edir”.

DTX rəisi vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda müasir çağırışlara adekvat cavab verə bilən təhlükəsizlik sistemi qurulub:

“Dövlət başçısı tərəfindən milli təhlükəsizliyimizin etibarlı təmin olunması üçün qarşıya mühüm vəzifələr qoyulub. Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti bu vəzifələrin öhdəsindən layiqincə gəlmək əzmində və gücündədir. Xalqımızı və müzəffər Ali Baş komandanı əmin edirik ki, Ulu Öndərin peşəkarlıq məktəbini layiqli şəkildə davam etdirərək gecə-gündüz yorulmadan çalışan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları bundan sonra da respublikamızın müstəqilliyinə, ərazi bütövlüyünə, suverenliyinə, təhlükəsizliyinə yönələn hər cür plan və niyyətlərin qarşısını qətiyyətlə alacaq!”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…