22 baxış
Bu yazını paylaşın
İctimai

DTX-də Milli Qurtuluş Günü qeyd olundu

15 İyun 2023

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində 15 İyun – Milli Qurtuluş Gününün 30-cu ildönümünə həsr olunmuş tədbir təşkil edilib.

 

“Telejurnal” xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları iştirak edib.

 

“Bilgəh” İstirahət mərkəzinin tarixini əks etdirən foto-video materiallar, o cümlədən mərkəzin 1953-cü ildə fəaliyyətə başlaması, Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanının rəhbəri olduğu zaman birbaşa onun təşəbbüsü ilə 1968-ci ildə həmin mərkəzin keçmiş SSRİ Zaqafqaziya sərhəd dairəsinin balansından çıxarılaraq Azərbaycan təhlükəsizlik orqanına verilməsi, bu il istirahət mərkəzinin yaradılmasının 70 illiyinin qeyd olunması iştirakçıların diqqətinə çatdırılıb.

Bu mərkəz, ömrünün 25 ilini təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş dahi rəhbər Heydər Əliyevin sevdiyi məkan olub, Ulu Öndər bu orqanlarda çalışarkən ailə üzvləri ilə birlikdə yay aylarında istirahətini burada keçirib.

Qeyd edilib ki, hazırda genişmiqyaslı yenidənqurma işlərinin getdiyi mərkəzdə əməkdaşların və onların ailə üzvlərinin istirahətlərinin və asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb, bu istiqamətdə lazımi işlər bundan sonra da davamlı şəkildə həyata keçiriləcəkdir.

Tədbir mədəni proqramla davam etdirilib.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…