51 baxış
Bu yazını paylaşın
Siyasi

Dövlətin informasiya siyasəti dayanıqlı inkişafın tərkib hissəsidir

14 Yanvar 2022

Son illər media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, habelə bugünkü dönəmin müasir çağırışlarını daha düzgün mənimsəyərək jurnalistika fəaliyyətinin inkişaf strategiyasının hazırlanması əsas hədəflərdəndir. Artıq bu istiqamətdə ciddi addımlar atılıb, hətta postpandemiya və postmüharibə dövrü üçün zəruri tədqiqatlar da öz bəhrəsini verib.
Belə ki, ötən il Milli Məclisin payız sessiyasında “Media haqqında” yeni Qanun qəbul olunub və Azərbaycanda peşəkar jurnalistika fəaliyyətinin əlaqələndirilməsi qanunvericilikdə öz əksini tapıb. Parlamentdə “Media haqqında” Qanunun qəbulu kifayət qədər geniş müzakirə olunub, müzakirələr zamanı müxtəlif müstəqil, korporativ maraqları ifadə edən, eləcə də beynəlxalq təcrübədən irəli gələn ekspert fikirləri səsləndirilib. Bu fikirlərdə innovasiyada, texnologiyalarda olan yeni çağırışların ifadə olunması ölkə mətbuatını daha da güclü etmək və istər dünyada, istərsə də regionda mətbuat rəqabətinə davamlılığı təmin etmək məqsədi daşıyır.
“TELEJURNAL” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev söyləyib.
Deputat deyib: “Azərbaycan hökumətinin mətbuat və media siyasəti çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artıq öz bəhrəsini verir. Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına növbəti dəfə müsahibə verməsi, postmüharibə dövrünə, doğma Qarabağımızın dirçəlməsinə, iqtisadi vəziyyətə, Avropa İttifaqı və qonşu dövlətlərlə münasibətlərə dair sualların cavablandırılması, eyni zamanda, bu müsahibənin 3 saata yaxın davam etməsi bir daha dövlət və 4-cü hakimiyyət arasında münasibətlərin sağlamlaşdırılmasına xidmət edən önəmli hadisədir.
Müsahibə zamanı Prezident İlham Əliyevin “Dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir” ifadəsi sözün əsl mənasında bütün sahələrdə qanunun aliliyinin təminatına, nizam-intizamın daha mükəmməl icrasına müsbət təsirini göstərəcəkdir.
Həmçinin Prezidentin jurnalistlərin suallarına dolğun, hərtərəfli cavablar verməsi ondan xəbər verir ki, hökumət cəmiyyətdə baş verən bütün hadisələrin hər birinin həllində, xarici siyasətdə və gələcəyə doğru aparılan strategiyalarda belə məlumatların düzgün formada məhz mətbuat vasitəsilə dünyaya çatdırılmasında birbaşa maraqlıdır.
Bu gün ölkə mətbuatının sağlam, peşəkar, ölkə maraqları çərçivəsində çıxış etməsi çox vacibdir, xüsusilə nəzərə alsaq ki, Azərbaycan geosiyasi olaraq hazırda bir tərəfdən erməni faşizmi ideologiyasını təbliğ etməli, digər tərəfdən isə ölkəmizin davamlı inkişafında, ölkə quruculuğunda nəzərdə tutulan məlumatların dünyaya düzgün çatdırılması kimi məsələləri təmin etməlidir.
İstər müharibə vaxtı, istər müharibədən sonrakı ildə Prezident İlham Əliyevin beynəlxalq və yerli mətbuatla ünsiyyətinin formatı, eləcə də apardığı informasiya siyasəti ölkə mətbuatının yeniləşməsində və daha da inkişaf etməsində özünü büruzə verərək bu işin dayanıqlı olacağını bildirməyə əsas verir”.

 

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…