26 baxış
Bu yazını paylaşın
İqtisadi

Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib

24 İyun 2023

Son zamanlar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə standart nümunələrin və ölçmə vasitələrinin (cihaz, qurğu və avadanlıqların) idxalı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi ilə bağlı çoxsaylı müraciətlər daxil olur.

Telejurnal  xəbər verir ki, bu barədə Dövlət Xidmətinin sahibkarlıq subyektlərinə müraciətində bildirilir.

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid sahədə tətbiq edilən standart nümunələrin və yaxud ölçmə vasitələrinin tipi təsdiq edilməlidir. Tip təsdiq edilərkən onların dəqiqlik göstəriciləri, yoxlamalararası intervalı və yoxlama metodikası müəyyən edilir.

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipi keçirilən sınaqların müsbət nəticələri əsasında təsdiq edilir və tipi təsdiq edilmiş standart nümunələr və ya ölçmə vasitələri barədə məlumatlar Dövlət reyestrinə daxil edilir.

Dövlət reyestri daimi yenilənir, ictimaiyyətə açıqdır. Hüquqi və fiziki şəxslər hər hansı standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilib-edilməməsi barədə məlumatları Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun rəsmi internet saytının (http://metrology.az) Dövlət reyestri bölməsindən əldə edə bilərlər.

Eyni zamanda hüquqi və fiziki şəxslər tipi təsdiq edilməmiş standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi məqsədilə Azərbaycan Metrologiya İnstitutuna (http://metrology.az/index.php/component/sppagebuilder/83-elektron-m-raci-t) qanunvericiliklə müəyyən edilmiş qaydada müraciət edə bilərlər”, – deyə müraciətdə qeyd olunub.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…