32 baxış
Bu yazını paylaşın
İqtisadi

Dövlət Xidməti elektronika mallarının satıcılarına tövsiyələr verib

20 İyul 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində elektronika mallarının satışı ilə məşğul olan şirkətlər və onlarla müştərək fəaliyyət göstərən servis mərkəzlərinin nümayəndələri ilə maarifləndirici görüş keçirilib.

Telejurnal  Dövlət Xidmətinə istinadən xəbər verir ki, görüşdə istehlakçıların əyani və onlayn qaydada keyfiyyətli mal, iş və xidmət əldə etmək hüquqları, məişət təyinatlı mürəkkəb texniki malların satışına dair tələblər, təminat və zəmanət öhdəlikləri barədə ətraflı məlumat verilib.

Bildirilib ki, şirkətlərdə istehlakçı şikayətlərinə baxılma prosedurunun, daxili reqlamentlərdə bu müraciətlərlə əlaqədar risk portfelinin və ekspertiza qaydalarının müəyyənləşdirilməsi, çağrı mərkəzlərinin fəaliyyəti üzrə effektivliyin artırılması və vətəndaş sorğularının operativ cavablandırılması zərurət təşkil edir. Əlavə olaraq, elektronika mallarının Azərbaycan dilində tərtib olunmuş texniki pasportları və ya məhsulun əsas xüsusiyyətləri barədə qısa mətnin hazırlanaraq istehlakçılara təqdim olunması, qüsurlu malların texniki müayinəsi zamanı alıcının iştirakının təmin edilməsi tövsiyə edilib.

Sonda tədbir iştirakçılarının istehlakçı hüquqlarına dair qanunvericilikdə nəzərdə tutulmuş hallarla bağlı sualları cavablandırılıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…