34 baxış
Bu yazını paylaşın
İqtisadi

Dövlət rüsumunun hesablanması və dövlət büdcəsinə köçürülməsinə nəzarət qaydası təsdiqlənib

20 İyun 2023

Dövlət rüsumunun hesablanması və dövlət büdcəsinə köçürülməsinə nəzarət qaydası təsdiq edilib.

Telejurnal  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Nazirlər Kabinetinin 199 nömrəli qərarı ilə təsdiq edilən “Dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarətin həyata keçirilməsi qaydası” dövlət rüsumu tutan idarə və təşkilatlar tərəfindən xidmətlər və hüquqi hərəkətlər üzrə dövlət rüsumunun hesablanması və dövlət büdcəsinə köçürülməsi üzrə təqdim edilən hesabatlara dair məlumat mübadiləsinin aparılması, dövlət rüsumu tutan idarə və təşkilatlarda dövlət rüsumunun düzgün tutulması və dövlət büdcəsinə köçürülməsi ilə bağlı yoxlama, təhlil, monitorinq aparılmasını nəzərdə tutur.

Həmçinin dövlət rüsumu tutan idarə və təşkilatlar tərəfindən xidmətlər və hüquqi hərəkətlərə görə dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət funksiyalarının bölgüsü müəyyən edilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…