37 baxış
Bu yazını paylaşın
İctimai

Dövlət Məşğulluq Agentliyi informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

18 İyul 2023

“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Prezident İlham Əliyevin 3 iyun 2019-cu il tarixli fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir.

Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom”un təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib. Agentlik informasiya sistemlərini qismən “AzInTelecom”a məxsus Bakıda yerləşən Data Mərkəzində yerləşdirməklə kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.

İlkin mərhələdə Agentliyin ümumi infrastrukturunun qiymətləndirilməsi nəticəsində hesabat hazırlanıb və bunun əsasında İT sistemlərin miqrasiyası üçün konsultasiya xidməti verilib, həmçinin miqrasiya prosesini əks etdirən Yol Xəritəsi formalaşdırılıb.

Dövlət Məşğulluq Agentliyi məlumatların təhlükəsiz saxlanılması məqsədilə “Rezervlənmə BaaS” (Backup-as-a-Service) bulud xidmətlərindən də yararlanıb. Bu xidmət daxilində təqdim edilən funksionallıqları daha çevik və sadə formada idarə etmələri məqsədilə dövlət qurumu komitə mütəxəssislərini “Veeam” platforması ilə təmin edib.

Həmçinin DMA “Microsoft Windows Server” məhsulları ilə təmin edilib.

Bunlardan əlavə, Agentliyin “Rezervləmə BaaS” (“Backup-as-a-Service”) bulud xidmətindən daha keyfiyyətli formada faydalanması üçün qarşılıqlı razılaşma əsasında transmissiya xidməti həyata keçirilib. Cəmiyyətin İT infrastrukturunun yerləşdiyi inzibati ofislə “AzInTelecom”a məxsus Data Mərkəzi arasında transmissiya xətti çəkilib. Bununla da Rezervləmə xidməti zamanı məlumatların ötürülməsinin sürətliliyi, təhlükəsizliyi daha üstün səviyyədə təmin edilib.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır.

Bununla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…