168 baxış
Bu yazını paylaşın
Siyasi

Dövlət Komitəsinin sədri: “Azərbaycanda qadınların ictimai həyatın bütün sahələrində rolu ildən-ilə artır”

07 Mart 2022

“Azərbaycanda qadınların ictimai həyatın bütün sahələrində rolu ildən-ilə artır”.

“TELEJURNAL” Report-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün ölkənin ictimai, sosial-iqtisadi, mədəni, mənəvi həyatında qadınlar fəal iştirak edərək onlara göstərilən etimadı şərəflə doğruldurlar: “Dövlətin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq bu gün Azərbaycan qadınları həm ölkə daxilində, həm də xaricdə ölkəmizi layiqincə təmsil edirlər”.

B.Muradova bildirib ki, Azərbaycan qadınları dövlətin dəstəyini hər zaman hiss edirlər: “Prezident İlham Əliyev qadınların çalışdıqları hər sahədə uğur qazanmaları, şəxsi həyatla ictimai fəaliyyətlərini tam uyğunlaşdırmaları üçün ölkədə hər bir şərait yaradıb”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…