29 baxış
Bu yazını paylaşın
Dünya

Dövlət Departamenti: “Birbaşa dialoq Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün açardır”

08 İyun 2023

“Biz əvvəlki kimi inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır (Cənubi Qafqazda – red)”.

Telejurnal  xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı sualı cavablandırarkən deyib.

Dövlət Departamentinin sözçüsü görüşün cədvəli və ya mümkün tarixi ilə bağlı hər hansı məlumatı təsdiqləməkdən imtina edib.

“Tərəflər Cənubi Qafqaz regionunda sülhsevər gələcəyə səy göstərdikləri üçün biz Vaşinqtonda növbəti danışıqlar raundunu səbirsizliklə gözləyirik. Biz əvvəlki kimi inanırıq ki, birbaşa dialoq davamlı və layiqli sülhə nail olmaq üçün açardır”.

Qeyd edək ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Nazirlər hazırki vəziyyətlə bağlı fikirlərini bölüşüb, münasibətlərin normallaşması ilə bağlı mövcud məsələlərə dair mövqelərini bildiriblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…