27 baxış
Bu yazını paylaşın
Siyasi

Dövlət Departamenti: “Azərbaycan və Ermənistan bir sıra məsələlərdə əhəmiyyətli irəliləyiş əldə ediblər”

13 İyul 2023

“Azərbaycan və Ermənistan bir sıra məsələlərdə mühüm irəliləyiş əldə ediblər”.

Telejurnal  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller keçirdiyi növbəti brifinqdə deyib.

Onun sözlərinə görə, Amerika tərəfi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü səbirsizliklə gözləyir:

“Onlar (Azərbaycan və Ermənistan – Qeyd) bir sıra məsələlərdə ciddi irəliləyiş əldə ediblər. Son görüşdə həll edilməyən məsələlərin dairəsinin azalmasına nail olublar. Beləliklə, biz hesab edirik ki, həll edilməyən məsələlərin dairəsinin azalması ilə sülh müqaviləsi əlçatan olacaq”.

27-29 iyun 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində danışıqlar aparılıb.

Qeyd olunub ki, Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.

Məlumata əsasən, nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Hər iki nazir Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə ABŞ tərəfinə minnətdarlıqlarını ifadə ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…