141 baxış
Bu yazını paylaşın
Siyasi

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq edəcək”

06 Yanvar 2023

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, rəsmi Vaşinqton Cənubi Qafqazda təhlükəsizliyi və sülhü bundan sonra da təşviq edəcək.

Bu barədə ABŞ Dövlət Departamentindən TELEJURNAL-ın sorğusuna cavab olaraq bildirilib.

“Səfir Filip Riker ötən ilin avqustunda Qafqaz danışıqları üzrə baş müşavir vəzifəsinə təyin olunduqdan sonra onun bu vəzifəni 2022-ci ilin sonuna qədər qısamüddətli əsasda tutacağı ilkin olaraq başa düşülür və gözlənilirdi”, – məlumatda qeyd olunub.

Dövlət Departamenti bəyan edib ki, F.Rikerin səlahiyyət müddətinin başa çatması ABŞ-ın Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyi təmin etməsinə sadiqliyinə heç bir şəkildə xələl gətirmir.

Vurğulanıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək və həll olunmamış məsələlərin həlli yollarını tapmaq üçün Avropa İttifaqı kimi tərəfdaşlarla və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli əlaqələri davam etdirir.

Xatırladaq ki, Filip Rikerin ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri vəzifəsində səlahiyyət müddəti yanvar ayında başa çatıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…