70 baxış
Bu yazını paylaşın
Dünya

Dövlət Baxçalı ermənilərin dinc əhalimizi atəşə tutmasını pislədi

05 Oktyabr 2020

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) başçısı Dövlət Baxçalı Azərbaycanın yaşayış məntəqələrinin, o cümlədən Gəncənin Ermənistan tərəfindən atəşə tutulmasını pisləyib.

“telejurnal” “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə siyasətçi tvitterdə ard-arda paylaşımlar edib.  

Siyasətçinin sözlərinə görə, Yerevanın bu addımı Ermənistanın əsl simasını ifşa edir.

“Erməni dəstələri döyüş meydanında itki verdikcə onlar Azərbaycanın dinc əhalisinə hədəflənirlər – hərbi əməliyyatlar zonasının genişləndirilməsi üçün əllərindən gələni edirlər”, – Baxçalı yazıb.

O qeyd edib ki, əvvəllər də türklərə qarşı kütləvi cinayətlər törətmiş ermənilərin azğın təfəkkürü Gəncə, Tərtər, Füzuli və Ağdam əhalisinə atəş açması nümunəsində özünü bir daha nümayiş etdirib.

“Ermənistan Cənubi Qafqazda sülh və sabitlik yolunda yeganə maneədir. Beynəlxalq ictimaiyyətin Azərbaycanın dinc əhalisinə qarşı qanlı hücumlara reaksiya verməsinin vaxtıdır”, – deyə türkiyəli siyasətçi yazıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…