36 baxış
Bu yazını paylaşın
Siyasi

Dörd dövlətin diplomatları Moskvada görüşəcək

13 Mart 2023

 

Martın 15-16-da Moskvada Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin müavinləri səviyyəsində Suriya ilə bağlı görüşün keçiriləcəyi açıqlanıb.

 

TELEJURNAL xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ötən həftə Xarici İşlər Nazirliyində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında qeyd edib.

O, Türkiyə, Rusiya və Suriya xarici işlər nazirləri arasında keçirilməsi planlaşdırılan görüş barədə suala cavabında bildirib ki, İranın bu görüşdə iştirakında heç bir problemin olmadığını qeyd edib. Çavuşoğlunun sözlərinə görə, hazırda Suriya üçün mövcud olan yeganə mexanizm Astana formatıdır.

Xarici işlər nazirləri toplantısı üçün işlərin davam etdiyini qeyd edən Çavuşoğlu: “Biz bunu dördtərəfli şəkildə davam etməyi planlaşdırırıq. Gələn həftə xarici işlər nazirlərinin mümkün görüşünə hazırlıq çərçivəsində texniki səviyyədə görüşün keçirilməsi təklifi ruslardan gəlib. Biz nazir müavinimizi görüşün təşkili ilə bağlı Moskvaya göndərəcəyik. Bu görüşdə İran tərəfi də mütləq iştirak edəcək. Bu görüşdə xarici işlər nazirlərinin görüşünə hazırlıq işləri görüləcək”,- deyə nazir qeyd edib.

Çavuşoğlu bəyan edib ki, növbəti mərhələdə hər kəs üçün məqsədəuyğun hesab edildiyi zaman xarici işlər nazirləri səviyyəsində görüş keçirilə bilər. “Gələn həftə Moskvada texniki səviyyədə dördtərəfli görüş üçün Rusiyadan dəvət almışıq. Biz də bu görüşdə iştirak edəcəyik. Görüşün baş tutacağını və region üçün səmərəli olacağını güman edirik”, – nazir bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…