35 baxış
Bu yazını paylaşın
Siyasi

Dneprdən təxliyə olunan Könül Ağamalıyeva: Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının lideri olduğunu yenidən sübut etdi

26 Mart 2022

Bu gün Prezident İlham Əliyev bütün dünya azərbaycanlılarının Prezidenti, lideri olduğunu öz əməlləri ilə yenidən sübut etdi. Ukraynada hərbi əməliyyatlar başlayan andan burada yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin qayğı və diqqətini hiss edib.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri müsahibəsində Dnepr şəhərindən Moldovanın Kişineu şəhərinə təxliyə olunan Dneprdə Azərbaycan dili həftəsonu orta məktəbin müəllimi Könül Ağamalıyeva söyləyib.
Onun sözlərinə görə, 5 gün öncə Dneprdən təxliyə olunaraq Odessaya, oradan isə Kişineuya gəlib. Buradan isə Vətənimizə təxliyə olunacaq.
“Bizi Odessada diaspor fəallarımız, Kişineuda isə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov böyük dəstək olub. Bu işdə dəstəyi olan hər kəsə təşəkkür edirəm. Biz hamımız bir yerdə olsaq, bütün çətinliklərdən çıxa biləcəyik. Biz Birinci və İkinci Qarabağ müharibəsini yaşamışıq, bu çətin sınaqdan da uğurla çıxacağımıza inanıram”, – deyə Könül Ağamalıyeva əlavə edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…