60 baxış
Bu yazını paylaşın
İctimai

DİN: Yaşadığı evin kandarına maskasız çıxan şəxs cərimələnəcək

23 Noyabr 2020
DİN: Yaşadığı evin kandarına maskasız çıxan şəxs cərimələnəcək
“Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabinetinin qərarı var. Yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir”.

Bu barədə “Report”un sorğusuna Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı, polis mayoru Elşad Hacıyev bildirib.

“İctimai yerlərə insanların daha çox olduğu – küçə, prospekt, park, məhəllədaxili yerlər daxildir. Başqa sözlə, ictimai yer insanların yaşadığı evin kandarından başlayır. Yəni, iki və daha artıq şəxsin hərəkət etdiyi yer ictimai yer hesab olunur.

Qaydaların qapalı yerlərlə yanaşı, açıq hava altında olan istifadəsi məcburi xarakter daşıdığına görə, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir”, – DİN əməkdaşı deyib.

Qeyd edək ki, qanunvericiliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…