21 baxış
Bu yazını paylaşın
İctimai

DİN Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib

10 Sentyabr 2022

Daxili İşlər Nazirliyi (DİN) Ucar sakinlərinin yolu bağlaması cəhdinə münasibət bildirib.

“TELEJURNAL.AZ”  “Report”a istinadən xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov bildirib ki, rayonun bir neçə sakini sosial şəbəkələrdə təhqir olunmaları ilə əlaqədar Rayon Polis Şöbəsinə müraciət ediblər:

“Daxil olmuş müraciətlərlə bağlı polis şöbəsində araşdırmalar aparılıb və toplanmış materiallar aidiyyəti üzrə rayon prokurorluğuna göndərilib”.

Qeyd edək ki, Ucarda bir qrup sakin yolu bağlamağa cəhd edib. Sakinlərin sözlərinə görə, bir müddət əvvəl “Tik-Tok” sosial şəbəkəsində naməlum şəxs (və ya şəxslər) tərəfindən onların fotolarının üzərinə nalayiq sözlər yazılaraq paylaşıb, təhqir olunublar: “17 iyun 2022-ci il tarixdə 27 nəfər Ucar sakininin imzası ilə şikayət ərizəsi yazaraq Ucar Rayon Polis Şöbəsinə müraciət etmişik. Artıq bu şantajın əlliyə yaxın qurbanı (zərəçəkən) var”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…