109 baxış
Bu yazını paylaşın
İctimai

DİN-dən vətəndaşlara xəbərdarlıq!

20 Noyabr 2021

Daxili İşlər Nazirliyi işğaldan azad olunmuş ərazilərdəki mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib.

“Telejurnal” xəbər verir ki, müraciətdə deyilir:

“Bütün cəmiyyətə – jurnalistlərə, blogerlərə, ictimai fikir adamlarına səslənirik: Biz birlikdə güclüyük, biz birlikdə məsuliyyətliyik! Müharibə qalıqları təhlükə mənbəyi olaraq qalmaqdadır. Bu risklərdən necə qorunaq, çıxış yolu varmı? Əlbəttə var. Onun adı məsuliyyətdir. Təhlükəsizlik qaydalarına əməl edilməlidir.

Bələd olmadığımız yerlərdə, xüsusilə işğaldan azad edilən bölgələrdə və ona yaxın ərazilərdə hər birimiz diqqətli və məsuliyyətli olmalıyıq. Bu gün Goranboy rayonunda bir nəfər heç vaxt işğal altında olmayan ərazidə sel sularının örüş sahəsinə gətirdiyi minanın partlaması nəticəsində sağlamlığını itirib. Diqqətli olsaydı, şübhə doğuran həmin əşya ilə bağlı müvafiq qurumları məlumatlandırsaydı, bu hadisə baş verməyəcəkdi. Hər birimiz şübhə doğuran əşya gördükdə dərhal məlumat verməklə, özümüzlə yanaşı, digər şəxslərin həyat və sağlamlığını xilas edə bilərik”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…