713 baxış
Bu yazını paylaşın
İctimai

DİM sədri: “Bu il BDU-nun riyaziyyat müəllimi ixtisası üzrə keçid balı hüquqşünaslığın balından yüksək olub”

01 Sentyabr 2022

“Bu il ilk dəfə olaraq Bakı Dövlət Universitetinin riyaziyyat müəllimi ixtisası üzrə keçid balı hüquqşünaslıq ixtisası üzrə keçid balından daha yüksək olub”.

“TELEJURNAL.AZ” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, ictimai fikirdə müəllimliyə olan istək, müəllimin prestiji yüksəlib: “Bilməliyik ki, orta ümumtəhsil müəssisələrində riyaziyyat və Azərbaycan dili təhsilin bünövrəsini qoyur. Bu fənlər yaxşı tədris olunduqda digər fənlərin göstəricisi də yaxşı olur. Builki imtahanların nəticəsi bizə imkan verir ki, rahat şəkildə bu sahədə uzun illərin təbliğatının, eləcə də təhsildə aparılan islahatların nəticəsində ictimai fikirdə riyaziyyat fənni ilə əlaqəli dəyişikliyin baş verdiyini deyə bilək. Artıq yüksək balı toplayan istedadlı, bilikli gənclər müəllim olmaq istəyir. Bu da bizi şad edir”.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…