377 baxış
Bu yazını paylaşın
Müsahibə

Dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, millətin taleyidir- Təranə Şükürlu

01 Avqust 2023

Bugün, avqustun  1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir.

Dilimizin ədəbi normalarının qorunması, bu yolda atılan məqsədyönlü addımlar haqqında Telejurnal.az-a  açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru,dosent, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnsitutunun aparıcı Elmi işçisi Təranə Şükürlu  bildirib.

Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 Avqustda imzaladığı Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında fərmanı Ana dilimizin qorunması və inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu fərmanla, avqustun 1-dən ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilib. Bununla da , iki əlifbadan istifadəyə birdəfəlik son qoyuldu. Latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edilməsi və yeni əlifbadan istifadə Müstəqil Azərbaycan Respublikasının ictimai, siyasi həyatında , yazı mədəniyyətimizin tarixində mühum hadisə oldu.
Dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, millətin taleyidir.Hər bir şəxs dünya mədəniyyətinə bələdçiliyini dil vasitəsiylə əldə edir. Dil insanları bir-birinə bağlayır.Dilimizin nüfuzunu artırmaq üçün düzgün danışmağı və yazmağı bacarmalıyıq. Dilçilik insitutunda dilimizin saflığının qorunması, ədəbi dilin normalarının pozulması faktlarının qarşısının alınması sahəsində məqsədyönlü addımlar atılır. Son illərdə, dilçilik insitutunda Azərbaycan dilinin yeni sözlər və mənalar lüğəti, Azərbaycan dilinin orfoqrafiya lüğəti nəşr olunub, Azərbaycan dilinin orfoepiya normaları hazırlanıb. Həmçinin, Qarabağ dieloktoloji atlası çap olunub. Eyni zamanda Qərbi Azərbaycan toponimləri öyrənilir. Oktyabrda da bu mövzuda Respublika konfransı keçirilməyi planlaşdırılır.

Redaktor : Mehin Vəliyeva 

Müxbir :  Nigar Əkbərova

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ermənistan Cənubi Qafqazı yeni müharibə burulğanına dartmağa çalışır – İlyas Hüseynov

04 Avqust 2023
Avropa İttifaqının monitorinq missiyası Ermənistanın Sünik bölgəsində - Azərbaycanla…

“Qisas” əməliyyatı və Azərbaycan-Ermənistan münasibəti- Məhəmməd Əsədullazadə

03 Avqust 2023
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni…

Qarabağda cinayət törədənlərin hər biri cəzasını çəkəcək-Elman Cəfərli

03 Avqust 2023
Erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı…

Ermənilərin vətəndaşlıq arzusu: Bakı “qaynar xətt”ə gələn zənglərə hansı cavabı verəcək?-İlyas Hüseynov

03 Avqust 2023
Qarabağda yaşayan erməni sakinlər üçün yaradılmış “Qaynar xətt”ə 100-ə…