55 baxış
Bu yazını paylaşın
Dünya

Dieqo Maradonanın həkiminə qarşı cinayət işi açıldı

30 Noyabr 2020
Dieqo Maradonanın həkiminə qarşı cinayət işi açıldı

Leopoldo Luke

Argentina prokurorluğu əfsanəvi futbolçu Dieqo Maradonanın ölümü ilə bağlı onun şəxsi həkimi barəsində ittiham irəli sürüb.

Telejurnal.az Report-a istinadən xəbər verir ki, Leopoldo Luke adam öldürmə və xəstəyə kömək göstərməməkdə şübhəli bilinir. Ona qarşı istintaq, Maradonanın qızlarının həkimin hərəkətlərini şübhə altına alan ifadələri əsasında başladılıb.

Məhkəmə Lukanın evində axtarış aparılmasına icazə verib. Əməliyyatlar zamanı Maradonanın xəstəlik tarixcəsi ələ keçirilib.

Bundan əvvəl əfsanəvi yarımmüdafiəçinin vəkili Matias Morla Maradonaya vaxtında təcili tibbi yardım göstərilməməsindən şübhələndiyi üçün ölüm hadisəsi ilə bağlı istintaq aparmaq istəyini ifadə edib.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında vəfat edib. Onun xroniki ürək çatışmazlığından qaynaqlanan kəskin ağciyər ödəmi nəticəsində öldüyü bildirilib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Ukrayna Təhlükəsizlik Xidməti: “Rusiya Belarusu Ukrayna ilə müharibəyə cəlb etməyə hazırlaşır”

04 Avqust 2023
Rusiya “Vaqner” Xüsusi Hərbi Şirkətinin əli ilə Belarusu Ukraynadakı…

ABŞ iki dənizçini məxfi məlumatları Çinə ötürməkdə ittiham edir

04 Avqust 2023
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisi saxlanılıb. Onlar məxfi…

Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə çağırıb

04 Avqust 2023
Azərbaycan BMT-nin iclasında Ermənistanı dəymiş ziyana görə təzminat ödəməyə…

Pentaqon: Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinə arxayındır

04 Avqust 2023
ABŞ-nin Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı illüziyası yoxdur və…