43 baxış
Bu yazını paylaşın
Siyasi

Diaspor Komitəsi Ukraynadakı azərbaycanlılara müraciət etdi

07 Noyabr 2020
Diaspor Komitəsi Ukraynadakı azərbaycanlılara müraciət etdi

Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynadakı Azərbaycan diasporuna müraciət ünvanlayıb.

Bu barədə Telejurnal.az REPORT-a istinadən xəbər verir.

“6 noyabr 2020-ci il tarixdə Komitəyə daxil olmuş ilkin məlumatlara görə, ermənilərin Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycanın Fəxri Konsulluğunun binasını atəşə tutması bir daha onu göstərir ki, Ermənistan Silahlı Qüvvələrinin döyüş meydanında uğursuzluğu, dünya miqyasında Azərbaycanın mövqeyinin dəstəklənməsi Azərbaycan diasporunun aktiv fəaliyyəti ilə əlaqəli şəkildə baş verir və bu, yalanları həqiqət kimi təqdim etməyə adət edən dünya erməni lobbisini, xəyanətkar erməni diasporunu təşvişə salır.

Buna görə də bütün mövqelərdəki məğlubiyyətlər fonunda xaricdəki maraqlı erməni dairələrinin azərbaycanlılara qarşı müxtəlif təxribat fəndləri həyata keçirməsi təəccüblü deyil.

Həmin qanunazidd hərəkətlərin başlıca məqsədi Azərbaycan tərəfini müəyyən təxribat xarakterli hərəkətlərə təhrik etmək, sonradan isə cinayət əməllərində ittiham etməkdir”.

Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynadakı Azərbaycan diasporunu ayıq-sayıq olmağa, ermənilərin təxribatlarına uymamağa, yalnız Ukrayna qanunları çərçivəsində fəaliyyət göstərməyə və hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.

Bir daha bəyan edirik ki, erməni təxribatları barədə məlumatları, eləcə də bunları əks etdirən foto və videofaktları Diasporla İş üzrə Dövlət Komitəsinin 7/24 saat fəaliyyət göstərən “Qaynar xətt”i ilə çatdıra və rəsmi email ünvanına göndərə bilərsiniz:

Qaynar xətt və WhatsApp: +994 50 607 98 36
Email: info@diaspor.gov.az

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…