33 baxış
Bu yazını paylaşın
İctimai

“Dəyirmi masa” layihəsinin növbəti tədbiri görkəmli xanəndə Seyid Şuşinskiyə həsr olunub

13 Aprel 2022

Beynəlxalq Muğam Mərkəzinin (BMM) muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu “Dəyirmi masa” layihəsinin növbəti tədbiri görkəmli xanəndə Seyid Şuşinskiyə həsr olunub.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki,layihənin ideya müəllifi BMM-in direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru isə fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlıdır.
“Seyid Şuşinski – ustad xanəndə, böyük müəllim” adlı tədbir xanəndənin ad günündə reallaşıb.
Tədbirdə çıxış edənlər bildirdilər ki, zəngin yaradıcılıq yolu keçmiş, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri Xalq artisti Seyid Şuşinski musiqi xadimi, pedaqoq, müəllim kimi Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rol oynayıb.
Xalq artisti, professor Möhlət Müslümov Seyid Şuşinskinin tələbəsi olmuş Əməkdar müəllim Nəriman Əliyevlə birgə çalışdığı dövrdə xanəndənin öz ustadından öyrəndiyini tələbələrinə olduğu kimi ötürdüyündən danışıb. Bildirib ki, bu gün də muğam dərslikləri həmin dövrdə Seyid Şuşinski tərəfindən tərtib edilən tədris proqramı əsasında çap olunur.
Bakı Musiqi Akademiyasının professoru Arif Əsədullayev diqqətə çatdırıb ki, “Ağa” deyərək müraciət olunan Seyid Şuşinski uzun illər dayısı Nəriman Əliyevin evində yaşayıb. O, 14 yaşından xanəndəni tanıdığını vurğulayaraq xatirələrini bölüşüb.
Əməkdar artist, tarzən Valeh Rəhimov Seyid Şuşinski ilə ilk dəfə tanışlığından danışaraq həmin gün eşitdiyi ifa ilə bağlı fikirlərini bölüşüb.
Seyid Şuşinski haqqında lentə alınan sənədli filmin rejissoru Kəmalə Musazadə filmin çəkilişlərindən danışıb.
Filmdə xanəndənin obrazını yaradan Əməkdar müəllim Qəzənfər Abbasov rolunun məsuliyyəti ilə bağlı təəssüratlarını bölüşüb.
Layihənin konsert hissəsində Xalq artisti Aygün Bayramova, BMM-in solistləri Əməkdar artist İlkin Əhmədov və xanəndə Məmməd Nəcəfovun ifaları təqdim olunub. Xanəndələri Xalq artistləri Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança) müşayiət edib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Bakıda ananın məhbus oğluna psixotrop maddə keçirməsinin qarşısı alınıb

04 Avqust 2023
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində…

Xətaidəki yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub

04 Avqust 2023
Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən…

Lisey və gimnaziyalarda təhsil alacaq şagirdlərin sənədlərinin qəbuluna başlanılır

04 Avqust 2023
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş imtahanla qəbul olunan şagirdlərin sənədlərinin…

Ağalı kəndində yanğın təhlükəsizliyi qaydaları ilə bağlı tədbir keçirilib

04 Avqust 2023
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və…