18 baxış
Bu yazını paylaşın
Siyasi

“Der Spiegel” jurnalı Aİ ilə Azərbaycan arasında Bakıda imzalanmış Memorandumu yüksək qiymətləndirib.

20 İyul 2022

Almaniyanın ən nüfuzlu media orqanı olan “Der Spiegel” həftəlik jurnalında “Rusiya tədarükünə alternativ: Aİ Azərbaycandan qaz idxalını ikiqat artırmaq istəyir” sərlövhəli məqalə dərc edilib. Məqalədə müəlliflər Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin “yeni qaz mənbələrini axtarmaq” üçün Bakıya səfərindən bəhs ediblər. Nəşrdə yazılır ki, burada o, Prezident İlham Əliyevlə Azərbaycandan tədarükün əhəmiyyətli dərəcədə artırılması haqqında saziş imzalayıb.

TELEJURNAL. az AZƏRTAC-a istinadla  xəbər verir ki, müəlliflərin qeyd etdiyinə görə, Avropa İttifaqı Azərbaycanı daha etibarlı enerji təchizatçısı hesab edərək, yaxın illərdə buradan qaz idxalını əhəmiyyətli dərəcədə genişləndirməyi hədəfləyir.

Avropalılar qorxurlar ki, Rusiya qazının nəqli tezliklə tamamilə kəsilə bilər. Almaniya mətbu orqanı qeyd edir ki, bu, “Şimal axını 1” qaz kəmərində təmir işlərinin yekunlaşacağı bu həftə aydın olacaq.

Aİ hazırda Xəzər dənizindəki “Şahdəniz 2” yatağından təbii qazı Gürcüstan və Türkiyədən keçməklə İtaliyaya təxminən 3500 kilometr məsafədə nəql edən boru kəmərləri konqlomeratı olan Cənub Qaz Dəhlizi vasitəsilə 8 milyard kubmetr Azərbaycan təbii qazını idxal edir. “Der Spiegel” Avropa Komissiyasının Prezidentinə istinadla yazır ki, yeni sazişə əsasən, hazırkı həcm bir neçə il ərzində ildə 20 milyard kubmetrə qədər artırılmalıdır. “O, aralıq məqsəd kimi 2023-cü ildən idxal olunacaq təbii qazın həcmini 12 milyard kubmetr müəyyən edib”, – deyə nəşrin müəllifləri yekun olaraq qeyd ediblər.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…