18 baxış
Bu yazını paylaşın
Siyasi

Deputatların təklifləri “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsində əksini tapacaq

18 Aprel 2022

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri ilə İqtisadiyyat Nazirliyinin nümayəndələri arasında “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinin ikinci oxunuş müzakirəsi məqsədilə işçi qaydada görüş keçirilib.

“TELEJURNAL”  Report-a istinadən xəbər verir ki, komitə sədri Tahir Mirkişili bugünkü görüşdə “İnvestisiya fəaliyyəti haqqında” qanun layihəsinə dair növbəti fikir mübadiləsinin aparılacağını bildirib.

O, yeni qanun layihəsinin Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul edildiyini, deputatlar tərəfindən bəzi təkliflərin olduğunu və bu istiqamətdə işlərin aparıldığını qeyd edib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qanun layihəsi üçün deputatlar tərəfindən irəli sürülən təkliflərin diqqətlə təhlil olunduğunu qeyd edib.

Sonra müzakirə olunan mövzu üzrə komitə sədrinin müavini Əli Məsimli, deputatlar Aydın Hüseynov və Vüqar Bayramov, AZPROMO rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev çıxış ediblər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə ediləcək dəyişikliklərin yeni qanun layihəsini investorlar üçün daha səmərəli iqtisadi mühit yaratması imkanlarının artıracağı əminliyi ifadə olunmuş və bir çox təkliflərin layihədə öz əksini tapması qərara gəlinib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…