24 baxış
Bu yazını paylaşın
Siyasi

Deputatlarımız TÜRKPA-nın Gənc parlamentarilər qrupunun ilk iclasında iştirak edəcəklər

16 İyun 2022

Bakı, 16 iyun, TELEJURNAL AZƏRTAC-a istinadən xəbər verir ki,

İyunun 17-də Qazaxıstan Respublikasının paytaxtı Nur-Sultan şəhərində TÜRKPA-nın Gənc parlamentarilər qrupunun ilk iclası keçiriləcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, ölkəmizi bu tədbirdə Milli Məclisin deputatları Anar Məmmədov və Əliabbas Salahzadə təmsil edəcəklər.

Tədbir “Texnologiya əsrində – uşaqlar və gənclik türklərin gələcəyidir” mövzusuna həsr olunub. Deputatlarımız müzakirəyə çıxarılan mövzu ilə bağlı öz fikirlərini bildirəcəklər.

Səfər çərçivəsində Qazaxıstan Respublikası Parlamenti Məclisinin rəsmiləri, ölkənin informasiya və sosial inkişaf naziri, Nur-Sultan şəhərinin gənc deputatları ilə görüşlər, həmçinin Qazaxıstan Milli Muzeyi, “EXPO-2017” Beynəlxalq Sərgi Mərkəzi ilə tanışlıq nəzərdə tutulub.

Səfər iyunun 19-da başa çatacaq.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…