37 baxış
Bu yazını paylaşın
İqtisadi

Deputat: “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək

14 Yanvar 2022

Yanvarın 13-də ölkəmizin həyatında önəmli bir hadisə baş verdi. Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa ediləcək 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Bakıda Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud iştirak ediblər. Təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edib. Prezident qeyd edib ki, “Bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcək. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük əhəmiyyət verir”.
Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq. Stansiyanın gücü 240 meqavatdır və stansiya həm ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına əlavə töhfə verəcək, həm də eyni zamanda, yeni iş yerlərinin yaradılmasına səbəb olacaq.
“TELEJURNAL” xəbər verir ki, bunu AZƏRTAC-a Milli Məclisin deputatı Rauf Əliyev deyib.
Bildirib ki, qeyd olunan stansiyanın tikilməsi ilə bağlı Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə “ACWA Power” şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən böyük sərmayədir. “Stansiyanın külək enerjisindən əldə etdiyi 240 meqavatlıq güc 300 min evin elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq. Eyni zamanda, 220 milyon kubmetr qaza qənaət olunacaq ki, bu da ildə 400 min ton karbon qazının atmosferə atılmasını azaldacaq. Bu stansiyanın işə salınması Azərbaycanın 2030-cu ilə qədər bərpaolunan enerji mənbələri sayəsində istehsal olunan elektrik enerjisinin xüsusi çəkisinin 30 faizə çatdırılmasında mühüm töhfə olacaq. Bu layihə, eyni zamanda, “Azərbaycan Respublikasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın həyata keçirilməsində mühüm addımdır”, – deyə deputat vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

“OPEC+” neft hasilatı kvotalarının dəyişdirilməsi ilə bağlı tövsiyələr verməyib

04 Avqust 2023
“OPEC+” Monitorinq Komitəsi avqustun 4-də keçirilən iclasda neft hasilatı…

Bu il “Azəriqaz”a 7 minə yaxın müraciət daxil olub

04 Avqust 2023
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə bu…

Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşır

04 Avqust 2023
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin…

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar gələn həftə ödənləcək

04 Avqust 2023
Avqustun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron…