310 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Türkiyə-Azərbaycan birliyi dünya xalqlarına nümunədir

05 Fevral 2022

Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında münasibətlərin rəsmi şəkildə strateji müttəfiqlik səviyyəsinə çatdırılmasının əyani nümunəsidir. Bu sənəd Qars müqaviləsi qədər əhəmiyyətlidir və hər iki tərəfin təhlükəsizliyinin birgə təmin edilməsi üçün imkanlar yaradır.
“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev söyləyib.
Deputat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021–ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi bu ilin fevral ayının 1-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olundu. Bu Bəyannamədə diqqəti cəlb edən və hər iki ölkə tərəfindən dəyərləndirilən, xalqlarımız tərəfindən alqışlanan mühüm məqamlardan biri də hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlı münasibətlərdir. Sənəddə qeyd edildiyi kimi, əgər bu iki dövlətin ərazi bütövlüyünə, suverenliyinə üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edilərsə, onlar bir-birini Şuşa Bəyannaməsində təsbit olunan hüquqla müdafiə edəcəklər. Əlbəttə, bu, hər iki ölkə üçün çox vacibdir. Çünki istər Azərbaycan, istərsə də Türkiyə uzun müddətdir erməni təcavüzündən, eləcə də ermənipərəst dövlətlərin təsirlərindən əziyyət çəkir. Belə ki, Azərbaycan torpaqları 30 il düşmən əsarətində qalıb, şəhər və kəndlərimiz talan olundu, bir milyondan çox vətəndaşımız əzablı günlər yaşadı, minlərlə dinc sakin öldürüldü, yaralandı, şikəst edildi. Lakin bu, Azərbaycan xalqının əzmini qıra bilmədi. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı dövlətimizin başçısının ətrafında sıx birləşərək torpaqları azğın düşməndən təmizlədi, erməni təcavüzkarlarını torpaqlarımızdan çıxardı.

Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyəti, Ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində qazanılmış bu Qələbədə Türkiyə və türk xalqı daim bizə mənəvi dəstək oldu. Həmçinin Qələbəmizə sevindilər, Zəfərimizi alqışladılar. Bununla bərabər, Türkiyə vətəndaşları, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsini imzalamaqla hər zaman Azərbaycanın yanında olacağını rəsmən elan etdilər. Artıq Türkiyə Böyük Millət Məclisi də Şuşa Bəyannaməsini təsdiqləyib. Bu, tarixi hadisədir və xalqlarımızı qürurlandırır, gücümüzü artırır, birliyimizi möhkəmləndirir və dövlətlərimizi daha böyük uğura aparır”, – deyə deputat vurğulayıb.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…