28 baxış
Bu yazını paylaşın
Siyasi

Deputat: Şuşa şəhəri beynəlxalq mərkəz kimi dünya mədəniyyətinin əməkdaşlıq və dialoq məkanına çevrilib

12 Yanvar 2022

Cari ilin “Şuşa İli” elan olunması ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. İnanıram ki, məhz buna görə bütün dünyanın diqqəti yenidən işğaldan azad edilmiş ərazilərdə görülən işlərə yönələcək.

“TELEJURNAL” AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Deputat bildirib ki, 2022-ci ilin “Şuşa İli” elan edilməsi 2 əsas amil ilə izah oluna bilər. Birincisi, bu, Böyük Qayıdış layihəsini sürətləndirəcək. Bu da əhalinin öz dədə-baba yurdlarına geri dönmələrini daha da intensivləşdirəcəkdir. Bununla yanaşı, ölkəmizin mədəniyyət paytaxtının rolu tezliklə dünyaya tanıdılacaq. Şuşaya gələn müxtəlif ölkələrin nümayəndələri bu gözəl şəhərlə tanış olaraq Qarabağın nə üçün Azərbaycanın bir hissəsi olduğunu daha yaxşı anlayacaqlar.

“Böyük Qayıdış ilə bağlı işlər bu ildən Şuşada və digər işğaldan azad edilən bölgələrdə daha da sürətləndiriləcək. Həmçinin dünyanın aparıcı ölkələri təmir, tikinti, quruculuq işlərinə daha yaxında cəlb edilərək geniş fəaliyyət göstərəcək. Fikrimcə Şuşa şəhəri, eyni zamanda, bir sıra böyük beynəlxalq mədəni tədbirlərə də ev sahibliyi edəcək. Bu tədbirlər Azərbaycanın öz zəngin mədəniyyətini dünyanın bütün ölkələrinə nümayiş etdirməsi üçün gözəl şansdır. Həmçinin müxtəlif ölkələrdən gələn mədəniyyət xadimləri Şuşada keçirilən tədbirlərdə iştirak edəcək. Onlar bütün dünyaya göstərəcəklər ki, Azərbaycan zəngin mədəni abidələrə və ənənələrə sahibdir. Eyni zamanda, ölkəmizin baş tacı Şuşa şəhəri beynəlxalq mərkəzə çevrilərək dünya mədəniyyətlərinin əməkdaşlıq və dialoq məkanına çevrilib”, – deyə deputat bildirib.

Sizin reklamınız burada ola bilər.

Oxşar paylaşımlar

Müdafiə Nazirliyində yeni təyinat olub

04 Avqust 2023
Müdafiə Nazirliyinin İnnovativ texnologiyalar və yeni layihələr şöbəsinin rəisi…

Azərbaycanda dövlət borcu ilə bağlı 2026-cı ilə qədərki hədəflər dəyişib

04 Avqust 2023
Prezident İlham Əliyev 22 iyul 2022-ci il tarixli sərəncamı…

“Kosmik fəaliyyət haqqında” qanun təsdiqlənib

04 Avqust 2023
Prezident İlham Əliyev "Kosmik fəaliyyət haqqında" Azərbaycan Respublikasının Qanununu…

KİV: “Putin ABŞ-dakı prezident seçkilərinə qədər müharibəni uzatmağa çalışır, ümidi Trampadır”

04 Avqust 2023
Rusiyanın dövlət başçısı Vladimir Putin 2024-cü ildə ABŞ-da keçiriləcək…